Bakıda daha bir neçə küçədə yol cizgiləri rənglənəcək
İnfrastruktur
- 24 aprel, 2017
- 08:15
Bakı. 24 aprel. REPORT.AZ/ Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq paytaxtın Nəsimi rayonunun Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonunun Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.
Bu barədə “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumatda bildirilib.
"Rənglənmə işlərinə bu gün saat 22:00-dan start veriləcək. İşlərin səhər saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda qeyd edilib.
Son xəbərlər
20:26
Premyer Liqa: "Sabah" "Zirə"ni böyük hesabla məğlub edib
Futbol20:24
Pyer Qasli "Formula-1" İtaliya Qran-prisinin təsnifat mərhələsini qazanıb
Formula 120:11
Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq
Digər ölkələr19:55
Türkiyədə aktyor evində ölü tapılıb
Region19:50
"Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb
Region19:36
Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib
Digər ölkələr19:24
ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib
Digər ölkələr19:19
Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub
Fərdi19:05