Bakı. 13 may. REPORT.AZ/ Bakı və şəhərətrafı marşrut avtobus xətlərində aparılan təkmilləşdirmə işləri, həmçinin iyunda keçiriləcək I Avropa Oyunları zamanı şəhərin mərkəzi hissəsində nəqliyyatın sıxlığının azaldılması məqsədilə bir sıra nəqliyyat vasitələrinin hərəkətində dəyişiklik edilib. "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən "Report"a verilən məlumata görə, 175 nömrəli marşrut xəttində dəyişiklik edilərək xətt qısaldılaraq hərəkət "H.Aslanov" metro stansiyasından təşkil edilib. 155 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti "Azadlıq" m/st, 165 nömrəli marşrut xətti - "Azadlıq" m/st, 207 nömrəli marşrut xətti - Ziya Bünyadov-Yeni Yasamal-Dairəvi yol-"Binə" Ticarət Mərkəzi istiqamətində təşkil edilib.
Habelə, 120 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “28 May” m/st.-Neftçilər pr-ti - Bayıl qəsəbəsi, 20-ci sahəyə qədər, 124 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti Lökbatan qəsəbəsi- "Binə" və "Sədərək" T/M-ləri - 20-ci sahəyə qədər, 193 nömrəli marşrutda hərəkət “Yeni Avtovağzal”-“20 Yanvar” m/st.-Mətbuat pr-ti - Müşviq küç.-Maşın bazarı- Dairəvi Yol-"Binə" T/M-nə təşkil edilib.
Qeyd edək ki, 14, 20, 53, 86, 90 və 188 nömrəli marşrut xətləri təkrarlanan xətlər olduğu üçün fəaliyyəti dayandırılıb, 2 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti "Bakı" kinoteatrı-Gəncə pr-ti - Nobel pr-ti - “Xətai” m/st-na qədər təşkil edilib, 70 nömrəli marşrutun hərəkəti “