Bakıda 600-dən çox piyada zolağı rənglənib və yenisi çəkilib

Bakıda 600-dən çox piyada zolağı rənglənib və yenisi çəkilib Bu işlər 187 təhsil müəssisəsinin ətrafında yerləşən küçə və prospektlərdə də icra olunub
İnfrastruktur
14 Oktyabr , 2015 12:45
Bakıda 600-dən çox piyada zolağı rənglənib və yenisi çəkilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC zəruri olan yerlərdə yeni piyada zolaqları çəkib, rəngi solmuş zolaqları isə yenidən rəngləyib.

Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq ilkin mərhələdə ilk öncə təhsil müəssisələrinin yaxınlığında yerləşən küçə və prospektlərdə sözügedən işlər həyata keçirilib.

Ümumilikdə 187 təhsil müəssisəsinin ətrafında yerləşən küçə və prospektlərin zəruri ərazilərində yeni piyada zolaqları çəkilib, mövcudları isə yenidən rənglənib. Aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha təhlükəsiz olub və rahatlaşıb.

Planlı şəkildə həyata keçirilmiş işlər nəticəsində ümumilikdə Bakı şəhəri üzrə 600-dən çox piyada zolağı yenidən rənglənib və yeniləri çəkilib.

Son xəbərlər

Orphus sistemi