Bakıda 2 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

Bakıda 2 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
İnfrastruktur
19 Noyabr , 2021 16:34
Bakıda 2 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
0 : 00
0 : 00

Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək. Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi