Bakı-Sumqayıt qatarının gediş tarifləri artırılıb

Bakı-Sumqayıt qatarının gediş tarifləri artırılıb Yeni tarif sabahdan tətbiq ediləcək
İnfrastruktur
819
2 Mart , 2017 16:35
Bakı-Sumqayıt qatarının gediş tarifləri artırılıb

Bakı. 2 mart. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində dəyişiklik edilir. 

Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumatda bildirilib.

Belə ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:

İstiqamət

Tarif (manatla)
ekonom biznes
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 1,00 1,60
Bakı-Biləcəri (Biləcəri-Bakı) 0,40 1,20
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0,60 1,40
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0,40 0,80
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0,80 1,40
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0,60 1,20

Son xəbərlər

Orphus sistemi