Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanıb

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanıb Bu gü saat 10:00-dan etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində hərəkət bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.
İnfrastruktur
21 İyul , 2022 10:29
Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanıb

Bu gün saat 10:00-dan etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində hərəkət bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb Şamaxı rayonu istiqamətində aparılacaq təmir işləridir.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi