Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq edib Bakı. 30 mart. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.
İnfrastruktur
30 Mart , 2018 08:54
Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq edib

Bakı. 30 mart. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, qurum sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edib.

Həmçinin, sərnişinlərdən Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş olunub. 

Son xəbərlər

Orphus sistemi