Bakı metrosunda iş saatları dəyişdiriləcək
İnfrastruktur
- 09 aprel, 2015
- 09:34
Bakı. 9 aprel. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-də iş saatları dəyişdiriləcək. Bu, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları zamanı baş tutacaq. Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, beynəlxalq yarışlar zamanı sərnişinlərin maneəsiz və rahat hərəkətinin təşkil edilməsi məqsədilə iyunun 12-28-də metronun iş saatları artırılacaq: "Belə ki, həmin tarixlərdə metronun iş saatı saat 06:00-dan saat 01: 00-a qədər uzadılacaq. Lakin keçiriləcək I Avropa Oyunlarının açılış və bağlanış günü metronun iş saatı gecə saat 02:00-a qədər artırıla bilər".
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin adi günlərdə iş saatları saat 06:00-24:00-dır.
Son xəbərlər
21:05
"Qalatasaray" Çempionlar Liqası üçün heyətini açıqlayıb
Futbol21:03
Gürcüstanlı aparıcı: İndi tamamilə fərqli bir Azərbaycan görürəm
Qarabağ20:53
Floridada təyyarə qəzasında 2 nəfər ölüb
Digər ölkələr20:34
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir
Digər ölkələr20:30
"Neftçi SOCAR" 3x3 basketbol komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında çıxış edəcək
Komanda20:21
"Zirə" braziliyalı futbolçu Talisson Moreyra Reysi transfer edib
Futbol20:13
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır
Media20:06
Gürcü jurnalist: Qarabağda aparılan bərpa işləri məni valeh edib
Qarabağ19:51