Bakı metrosu: Gedişhaqqının artırılması müzakirə edilmir

Bakı metrosu: Gedişhaqqının artırılması müzakirə edilmir Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır.
İnfrastruktur
29 Fevral , 2024 16:22
Bakı metrosu: Gedişhaqqının artırılması müzakirə edilmir

Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bildirib.

O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib: "Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir".

Son xəbərlər

Orphus sistemi