Bu barədə "Report"un Rusiya bürosuna Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, iyunun 4-də Bakı Metropoliteninə yenilənmiş metro vaqonlarının birinci heyətinin göndərilməsinə həsr edilən təntənəli tədbir olacaq.
Mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Qeyd edək ki, cari il yanvarın sonunda "81-765. B/766.B" modelli 30 metro vaqonunun Azərbaycanın paytaxtına çatdırılması ilə bağlı müqavilə imzalanıb. Bu modeldən olan qatarlar Bakı metrosunda 2017-ci ildən uğurla istismar edilir. 2019-cu ilin sonuna kimi Bakı metrosu üçün altı qatar inşa ediləcək.
Yeni modellər əvvəlkilərlə müqayisədə bir sıra üstünlüklərə malikdir.
İqbal Rüstəmov