"
Bu barədə “Report”a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
"Stansiyada saat 13:00-da başlanacaq konsert proqramının ardınca, qədim milli xalq tamaşasının personajları olan Bahar qız, eləcə də qışla yazın mübarizəsini canlandıran Keçəl və Kosa şən səhnəcikləri sərnişinlərə xoş anlar bəxş edəcəklər.
Sürprizlər bununla bitməyəcək. Bayram proqramına daha bir maraqlı şou tamaşa, həmçinin azyaşlı sərnişinlərə hədiyyələrin paylanması da daxildir. Bayram günlərində sərnişinlərin sevimli muzey eksponatına çevrilmiş retro vaqonlardan təşkil edilmiş qatar "İçərişəhər" stansiyasının birinci yolunda nümayiş olunacaq”, - deyə o qeyd edib.