Bakı Metropoliteni Novruz bayramı günlərində xüsusi cədvəl üzrə işləyəcək

Bakı Metropoliteni Novruz bayramı günlərində xüsusi cədvəl üzrə işləyəcək Bayram günlərində sərnişinlərin sayının az olacağı gözlənilir
İnfrastruktur
10 Mart , 2015 15:25
Bakı Metropoliteni Novruz bayramı günlərində xüsusi cədvəl üzrə işləyəcək

Bakı. 10 mart. REPOERT.AZ/ Bakı Metropoliteni Novruz bayramı günlərində xüsusi cədvəl üzrə işləyəcək. Adi günlərdə metroda saatda 30 qatar xəttə buraxılırsa, bayram günlərində qatarların sayı 24-ə endirilə bilər. Bunu "Report"a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, artıq növbətçilik cədvəli tərtib edilib: "Bayram günlərində sərnişinlər rahat və təhlükəsiz şəkildə ünvanlarına çatdırılacaq. Təcrübə göstərir ki, bayramla əlaqədar qeyri-iş günlərində sərnişinlərin sayı az olur".

"İş günləri ilə müqayisədə bayram günlərində metrodan istifadə edən sərnişinlərin sayının azalması ilə əlaqədar qatarlar arasında interval uzadıla bilər. Şənbə və bazar günlərində metropolitenin xidmətindən təxminən 450-500 min sərnişin istifadə edir. Lakin bu il bayramla əlaqədar qeyri-iş günlərinin sayı çox olduğundan sərnişinlərin sayı da qeyd edilən rəqəmdən az ola bilər", - N.Paşayev əlavə edib.

Qeyd edək ki, iş günlərində metropolitenin xidmətindən 700 minə yaxın sərnişin istifadə edir.

Son xəbərlər

Orphus sistemi