“Bakı Metropoliteni”nin Rusiyadan aldığı 2 qatar Bakıdadır
İnfrastruktur
- 10 iyun, 2019
- 13:07
"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 qatar (10 vaqon) Bakıya çatıb.
Bununla bağlı xəbəri “Report”a metronun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.
“Qatarlar sabah depoya təhvil veriləcək. Daha sonra isə sınaq və sazlanma işləri həyata keçiriləcək. Onların gələn ay xəttə buraxılması gözlənilir. Buna qədər 2 köhnə qatarın istismar müddəti bitəcək", - deyə o qeyd edib.
Bundan başqa, B.Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər daha 4 qatar (20 vaqon) hissə-hissə Bakıya gətiriləcək.
Xatırladaq ki, bu il yanvarın 31-də metropolitenlə “Metrovaqonmaş”ın daxil olduğu “Transmaşholdinq” SC arasında 6 qatarın (30 vaqon) alınması ilə bağlı müqavilə imzalanıb.
Son xəbərlər
12:25
Qvardiola "Mançester Siti"nin futbolçusunun bərpa müddətini açıqlayıb
Futbol12:24
Tramp Venesuelaya səfər edə bilər
Digər ölkələr12:23
"Mövsümi qrip"lə əlaqədar şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir - RƏSMİ
Elm və təhsil12:22
Ukrayna və Türkiyə səfirləri TDT ilə əməkdaşlığı müzakirə edib
Xarici siyasət12:08
Dələduzluqda şübhəli bilinən SMM saxlanılıb
Hadisə12:04
Avstraliyada terror aktından sonra komissiya yaradılıb
Digər ölkələr12:01
Hacı Zeynalabdin qəsəbəsində yıxılaraq xəsarət alan 86 yaşlı kişi ölüb
Hadisə11:57
Video
Ötən il ASCO gəmiləri ilə yükdaşımaların həcmi 5 %-dən çox artıb
İnfrastruktur11:56