Bakı Metropoliteni maşinist vəzifəsinə işə qəbul elan edib

Bakı Metropoliteni maşinist vəzifəsinə işə qəbul elan edib Bakı. 16 iyul. REPORT.AZ/ Bakı Metropoliteni QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.
İnfrastruktur
16 İyul , 2018 15:13
Bakı Metropoliteni maşinist vəzifəsinə işə qəbul elan edib
Report/FIri Salim

Bakı. 16 iyul. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. 

"Report" quruma istinadən xəbər verir ki, seçimdə yaşı 24-30 arasında olan, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı, hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilərlər.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni”nin rəsmi internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.

Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir.

Son xəbərlər

Orphus sistemi