"Bakı Metropoliteni" bir ay ərzində daha iki qatar gətirəcək
İnfrastruktur
- 02 iyul, 2019
- 08:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Metropoliteni” QSC qarşıdakı 1 ay ərzində Rusiyadan 10 vaqondan ibarət növbəti iki qatarı Bakıya gətirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə “Bakı Metropoliteni” mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, növbəti 10 vaqon isə sentyabrda gətiriləcək:
"Qatarlar gətiriləndən sonra texniki baxışdan keçiriləcək və qısa zamanda xəttə buraxılacaq. Bu zaman isə istismar müddətini başa vuran qatarlar xətdən çıxarılacaq".
Xatırladaq ki, "Bakı Metropoliteni" bu ilin əvvəlində Rusiya ilə 30 vaqonun alınması ilə bağlı anlaşıb. Artıq 10 vaqon Bakıya gətirilərək bu gün xəttə buraxılıb.
Son xəbərlər
09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.10.2026)
Maliyyə
09:03
Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat verib
Digər
09:00
Azərbaycan Premyer Liqasında VIII tura start verilir
Futbol
09:00
Mətbuat Şurasının IX qurultayı keçirilir
Media
08:57
Tramp amerikalı pilotların naməlum uçan obyektlərlə qarşılaşmalarından danışıb
Digər ölkələr
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.10.2026)
Maliyyə
08:17
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:00
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
Energetika
07:47
İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib
Digər ölkələr