Bakı. 21 fevral. REPORT.AZ/ “Bakı Gəmiqayırma Zavodu”nda
“Report” xəbər verir ki, bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında yeni müqavilə imzalanıb.
Müqaviləni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov imzalayıblar.
Ümumiyyətlə, ASCO donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bu gəmilərə tanker, quru yük, bərə, kran, sərnişin, dalğıc, təchizat-yedək, yedək, yangınsöndürən, torpaqqazan, dibdərinləşdirən gəmiləri daxildir. İndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə bir ədəd liman-yedək, üç sərnişin gəmisi tikilərək təhvil verilib.
Hazırda isə ASCO üçün Gəmiqayırma Zavodunda iki RCT12C tipli yeni nəsil tanker, iki unikal "Ro-Pax" tipli (CNF- 18C) gəmi-bərə tikilir. Gəmilərin inşası qrafikə uyğun sürətlə davam etdirilir. Onlar növbə ilə 2020-ci ilin sonuna kimi təhvil veriləcək.