Bakı-Dubay aviareyslərinə yeni aksiya keçirilir
İnfrastruktur
- 09 dekabr, 2016
- 08:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakıdan Dubay istiqamətində olan uçuşlara yeni aksiya keçirir.
QSC-nin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Bakı-Dubay-Bakı istiqamətində axşam reyslərinə (J2 015/J2 016) dekabrın 15-nə kimi olan uçuşlara aviabilet alarkən qiyməti cəmi 149 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.
Eyni zamanda, aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.
Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün "Airbus A319" və "A320" laynerləri ilə həyata keçirilir. Reys çərçivəsində "AZAL Miles" bonus proqramından istifadə etmək mümkündür.
Son xəbərlər
10:29
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Hadisə
10:17
Azərbaycanın qeyri-neft-qaz ixracı bu il 4,1 milyard dollar, gələn il isə 4,5 milyard dollar təşkil edəcək
Maliyyə
10:14
Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Digər ölkələr
10:10
IEA: Azərbaycan oktyabrda "OPEC+" kvotasından gündəlik 111 min barel geri qalıb
Energetika
10:10
Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək
Komanda
10:06
Azərbaycanda yağmursuz hava hökm sürür - Faktiki hava
Ekologiya
10:06
Paşinyan: İrəvan və Ankara münasibətlərin normallaşmasına yaxındır
Region
10:01
Foto
NDU-da "Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Mədəniyyət siyasəti
09:56
Alyaskada 1998-ci ildən bəri ilk dəfə demokrat qubernator seçilib
Digər ölkələr