Bakı-Böyük Kəsik dəmir yolunun növbəti hissəsi təmir edilir

Bakı-Böyük Kəsik dəmir yolunun növbəti hissəsi təmir edilir Dəmir yolunun Qarabucaq-Kürdəmir mənzilində 9 km yolun əsaslı təmirinə başlanılıb
İnfrastruktur
20 Fevral , 2017 09:32
Bakı-Böyük Kəsik dəmir yolunun növbəti hissəsi təmir edilir

Bakı. 20 fevral. REPORT.AZ/ Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun Qarabucaq-Kürdəmir mənzilində 9 km yolun əsaslı təmirinə start verilib.

Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir.

"Təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü və yeni yolun qoyuluşuna başlanılıb", - deyə S.Qədirova qeyd edib.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayında başlanılıb və bu günə kimi 230 km dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi