Bakı Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçir Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə sabahdan yanvarın 3-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
İnfrastruktur
14 Dekabr , 2018 16:51
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sabahdan gücləndirilmiş iş rejiminə keçir
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə sabahdan yanvarın 3-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Report” xəbər verir ki, bu barədə BBAK-ın Mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.

Onun sözlərinə görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, 200-dən çox ehtiyat avtobus ayrılıb: "Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə, təxminən, 9 min sərnişin avtovağzaldan yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə BBAK-ın mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq. Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər".

Son xəbərlər

Orphus sistemi