Azərbaycan hökuməti Yalamadan Astaraya qədər dəmir yolu xəttinin yenidən qurulmasına maliyyə dəstəyi almaq üçün Dünya Bankına müraciət edib.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “
“Bununla yanaşı, ölkə Prezidenti də sözügedən istiqamət üçün vəsait ayırır. Bu işlər çərçivəsində Bakıdan Astaraya qədər olan dəmir yolu xəttinin 243 km-lik hissəsinin yenidən qurulması, birxətli yolun ikixətli edilməsi və elektrikləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, yolun Salyan rayonundakı sonrakı hissəsinin dəniz kənarından kənarlaşdırılması üçün layihələndirmə aparılır. Bunun üçün torpaqların alınması prosesi ilin sonuna qədər yekunlaşdırılacaq”, - o deyib.