Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat mənbələrdən istifadə edilir.
Bu barədə “Report”a aeroportun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.
Məlumatda həmçinin qeyd edilib ki, Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.