Bakı aeroportu sərnişinlərə müraciət edib
İnfrastruktur
- 17 oktyabr, 2024
- 14:35
Bu ilin oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-a qədər Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
“Report” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Sərnişinlərə tövsiyə olunur ki, gecikmələrin qarşısını almaq üçün səfərlərini öncədən planlaşdırsınlar, alternativ olaraq Zığ şosesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.
Bildirilib ki, "Aeroexpress" avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərəcək.
Son xəbərlər
04:18
Rubio Nyu-Yorkda Rodriqes ilə görüşü istisna etməyib
Digər ölkələr03:59
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
Digər ölkələr03:22
Kris Rayt: Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 11 milyon barel neft nəql edilir
Digər ölkələr02:45
Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq
Digər ölkələr02:13
Merts 2028–2034-cü illər üçün Aİ büdcəsinin azaldılmasına çağırış edib
Digər ölkələr01:50
İran XİN: Tehran Fars körfəzinin təhlükəsizliyi prinsipinə sadiqdir
Region01:25
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
Digər ölkələr00:58
Foto
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"ə məğlub olub
Futbol00:47