2019-cu ildə “Azərsu” ASC-nin təklif etdiyi 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1,42 manat, orta satış qiyməti isə 0,75 manat olub.
“Report” xəbər verir ki, bu barədə qurumun ötən ilin yekunlarına dair maliyyə hesabatında bildirilir.
Beləliklə, ötən il “Azərsu”yun xidmətinin maya dəyəri orta satış qiymətini 0,67 manat və yaxud 89,3% üstələyib.
Xatırladaq ki, 2018-ci ildə bu fərq 0,56 manat və yaxud 75,7% təşkil etmişdi. Əvvəlki il qurumun 0,74 manata satdığı xidmət ona 1,3 manata başa gəlmişdi. Başqa sözlə, xidmətin maya dəyəri 9,2% artıb.