"Azərsu" tender keçirir

İnfrastruktur
  • 04 mart, 2017
  • 05:29
Azərsu tender keçirir

Bakı. 4 mart. REPORT.AZ/ “Azərsu” ASC kimyəvi reagentlər və avadanlıqların satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender 2 lot - kation formalı poliamid tərkibli suda həll olan flokulyantın satın alınması (Lot-1) və laboratoriya üçün tələb olunan reagent və avadanlıqların satın alınması (Lot-2) üzrə keçirilir. Hər lot üzrə iştirak haqqı 200 manatdır. 

İddiaçılar ilkin sənədləri aprelin 3-nə qədər, tender təkliflərini isə aprelin 11-nə qədər "Azərsu"nun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanına təqdim etməlidirlər.

Təkliflərə aprelin 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 

44 - Tezliklə