"Azərsu": Gün ərzində suyun verilişində sabitlik təmin ediləcək

İnfrastruktur
  • 03 iyul, 2018
  • 06:24
Azərsu: Gün ərzində suyun verilişində sabitlik təmin ediləcək
Report

Bakı. 3 iyul REPORT.AZ/ "Hazırda Ceyranbatan su anbarındakı təmizləyici qurğularımız tam gücü ilə, Kür çayındakı su təmizləyici qurğularımız isə 80% gücü ilə işləyir".

Bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

"Hazırda Oğuz-Qəbələ xəttindəki su təmizləyici qurğunu işə salmağa hazırlaşırıq. Gün ərzində suyun verilişində sabitlik təmin ediləcək və abunəçilərin böyük əksəriyyətinin axşam saatlarında suyu olacaq", - o qeyd edib. 

44 - Tezliklə