Bakı. 28 yanvar. REPORT.AZ/ “Azərsu” ASC istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "
Qurumdan “Report”a verilən məlumata görə, bu xidmət vasitəsilə istehlakçılar faktura borcunun araşdırılması üçün müraciət edə bilərlər.
Elektron xidmətin göstərilməsi nəticəsində istehlakçının borcu dəqiqləşdirilir.
Xidmətdən
Abonent kodu
Xətalı faktura nömrəsi
Müraciət səbəbi (Sayğac göstəricisinin səhv oxunması, Aşağı göstərici, Xidmət növünə etiraz)
Faktura nömrəsinə uyğun informasiya sistemində qeydiyyatda olan aşağıdakı məlumatlar ekranda göstərilir.
Sayğacın nömrəsi
Plombun nömrəsi
Sayğacın son göstəricisi
Sayğac şəklinin fayl formasında yüklənməsi (pdf,jpg,jpeg,png formatında)
Müraciət edənin telefon nömrəsi
Müraciət edənin elektron poçt ünvanı
Sayğacın şəklində istehsal nömrəsi və göstəricisi aydın görünməlidir. Ünvanda bir neçə sayğac olduğu halda, hər bir sayğacın məlumatı və şəkli ayrılıqda daxil edilməlidir. Abonentin elektron müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə “Azərsu”nun müvafiq sukanal idarəsinə icraya göndərilir. Borcun yaranmasına səbəb olan xətalı məlumatlar araşdırılır, təqdim olunan sayğac göstəricisinin yerində yoxlanılmasına ehtiyac yarandıqda müvafiq iş əmri yaradılır. Araşdırmanın nəticəsindən asılı olaraq abonentin borcuna düzəliş edilməli olduğu hallarda sənədlər “Azərsu”nun istehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyasına göndərilir. Müraciət əsaslı olduğu halda, istehlakçının borcuna düzəliş edilir, əsassız olduqda isə düzəliş aparılmır və istehlakçıya bu barədə məlumat verilir. Elektron müraciətlərin icrası cari ayda yaranmış fakturalarda 15 iş günü, əvvəlki dövr fakturalarında borcların araşdırılması 1 ay müddətdə aparılır.