“Azərsu” cəbhəyanı bölgələrdə gücləndirilmiş iş rejiminə keçdi

“Azərsu” cəbhəyanı bölgələrdə gücləndirilmiş iş rejiminə keçdi Cəbhəyanı bölgələrdə növbətçilik sistemi təmin edilib və su kanal idarələri, rayon su kanal sahələri 24 saat tam nəzarətdədir
İnfrastruktur
3 Oktyabr , 2020 12:28
“Azərsu” cəbhəyanı bölgələrdə gücləndirilmiş iş rejiminə keçdi

Ölkənin cəbhəyanı bölgələrində suyun verilməsində heç bir problem yoxdur. Bütün qurğularımız, su artezian quyularımız tam qaydasındadır.

 Bu barədə “Report”a “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, cəbhəyanı bölgələrdə növbətçilik sistemi təmin edilib və su kanal idarələri, rayon su kanal sahələri 24 saat tam nəzarətdədir: “Bu günə qədər sözügedən ərazilərdə heç bir problem qəydə alınmayıb. Mərkəzi aparatda isə Operativ Qərargah yaratmışıq. Hər gün “Azərsu” ASC-nin sədr müavinlərindən biri Operativ Qərargaha rəhbərlik edir".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı bölgələrdə mülki əhalini, yaşayış məskənlərini atəşə tutur. Ermənilərin atəşi nəticəsində indiyədək 16 mülki şəxs həlak olub. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin 36 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Son xəbərlər

Orphus sistemi