"Azərsu" bu il elektron xidmətlərinin sayını 16-ya çatdıracaq

İnfrastruktur
  • 22 may, 2018
  • 08:14
Azərsu bu il elektron xidmətlərinin sayını 16-ya çatdıracaq
Report

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin sonuna qədər "Azərsu" ASC daha 4 elektron xidmətinin istifadəyə verəcək və bu xidmətlərin sayını 16-ya çatdıracaq. 

"Report" xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

"2012-ci ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2016-cı ildə 3, 2017-ci ildə isə 5 elektron xidmət istifadəyə verilib. Bu il daha 4 elektron xidmətin istifadəyə verilməsini planlaşdırırıq", - o deyib. 

Bundan başqa, "Azərsu" rəsmisinin sözlərinə görə, bu ilin əvvəlindən təmsil etdiyi quruma 155 mindən çox elektron müraciət daxil olub. İlin sonuna qədər bu rəqəmin 500 minə çatacağı gözlənilir: "Azərsu"ya 2013-cü ildə 21, 2014-cü ildə 5 181, 2015-ci ildə 13 644, 2016-cı ildə 40 760, 2017-ci ildə 347 283, bu ilin ilk 4 ayında isə 155 464 elektron müraciət daxil olub". 

A.Cəbrayıllının fikrincə, yeni tətbiq edilən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərinin təqdim etməsi və hesab-fakturanın müəyən edilməsi xidməti" dələduzluq hallarının qarşısını almağa və narazılıqları aradan qaldırmağa imkan verəcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti