"Azərsu" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
İnfrastruktur
- 05 iyul, 2016
- 12:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 iyul. REPORT.AZ/ “Azərsu” ASC Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bunu “Report”a açıqlamasında “Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, ASC-də növbətçilik rejimi tətbiq edilib: “Bayram günlərində ASC-nin sədr müavinləri, departament müdirləri və şöbə rəisləri səviyyəsində 24 saat iş rejimi olacaq. Heç bir planlı fasilə olmayacaq".
"Eyni zamanda növbətçilik baş idarəsi, rayon su kanal idarələri, qəza briqadamız və zəng mərkəzimiz 24 saat əhalinin xidmətində olacaq. Su ilə bağlı hər hansı bir problem olduğu halda əhalidən “Azərsu”ya məlumat vermələri xahiş olunur”, - deyə A.Cəbrayıllı qeyd edib.
Son xəbərlər
01:21
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
Region00:58
Özbəkistanda iki nazirlik Təhsil və Elm Nazirliyinə birləşdirilib
Region00:43
UEFA Millətlər Liqası: İspaniya ev, İngiltərə səfər oyununda qalib gəlib
Futbol00:19
Pentaqon Ayətrafı sistemlərdən hərbi məqsədlərlə istifadə imkanını öyrənir
Digər ölkələr00:01
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Daxili siyasət00:00
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Daxili siyasət23:52
Bessent ABŞ və Çinin süni intellektə dair razılaşmalarını mümkün sayır
Digər ölkələr23:47
Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
Region23:28