“Azərişıq”: “Cəlilabadın kəndlərində işıqla bağlı yaranmış problem həll olunub"

“Azərişıq”: “Cəlilabadın kəndlərində işıqla bağlı yaranmış problem həll olunub" Cəlilabad-Yardımlıda güclü qar səbəbindən elektrik naqillərində yaranan problemin aradan qaldırılması üçün tədbir görülür.
İnfrastruktur
20 Mart , 2022 14:16
“Azərişıq”: “Cəlilabadın kəndlərində işıqla bağlı yaranmış problem həll olunub

Cəlilabad rayonunda güclü qar səbəbindən elektrik naqillərində yaranan problem aradan qaldırılıb.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Məlumatda deyilir ki, havanın qarlı və şaxtalı keçməsi nəticəsində Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin təchizatında qısa müddətli fasilə yaranıb. Hadisədən dərhal sonra qəza xidməti əraziyə yollanıb və qəzanın nəticələrini aradan qaldırıb.

Hazırda rayonun elektrik enerjisi təchizatı ilə bağlı problem yoxdur.

Xatırladaq ki, ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağması səbəbi ilə Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin təchizatında qısa müddətli fasilə yaranıb.

Son xəbərlər

Orphus sistemi