“Azəriqaz” Qurban bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

“Azəriqaz” Qurban bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də gücləndirilmiş rejimdə işləyəcək.
İnfrastruktur
16 Avqust , 2018 14:50
“Azəriqaz” Qurban bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də gücləndirilmiş rejimdə işləyəcək. 

Qurumdan “Report”a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq, qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. 

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” istehlakçıların bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Son xəbərlər

Orphus sistemi