Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-17-də Çinin Hunan vilayətinin Candziadzie şəhərində bu ölkənin Beynəlxalq Ticarət və İpək Yolu Beynəlxalq Ticarət Palatalarının təşkilatçılığı ilə "Bir Kəmər, Bir Yol" təşəbbüsünün 5 illiyi münasibətilə sammit keçirilib.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Rüfət Bayramov "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq əlaqələrin inkişafı ilə bağlı dövlət qurumlarının rolu üzrə panel müzakirələrdə çıxış edib.
O, sammit iştirakçılarına Azərbaycandan keçən nəqliyyat dəhlizləri, ölkəmizin tranzit imkanları, infrastrukturun inkişafı ilə bağlı görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verib.