Azərbaycanın şirkəti Serbiyada avtomobil yolunun inşasına başlayıb

Azərbaycanın şirkəti Serbiyada avtomobil yolunun inşasına başlayıb Azərbaycanın Azvirt tikinti şirkəti Serbiyanın şimalında dəyəri 467,5 milyon avro olan Ruma-Loznitsa magistral avtomobil yolunun inşasına başlayıb.
İnfrastruktur
12 Dekabr , 2019 12:40
Azərbaycanın şirkəti Serbiyada avtomobil yolunun inşasına başlayıb

Azərbaycanın "Azvirt" tikinti şirkəti Serbiyanın şimalında dəyəri 467,5 milyon avro olan Ruma-Loznitsa magistral avtomobil yolunun inşasına başlayıb.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, layihə Ruma ilə Sabaçıni birləşdirən 21 km-lik avtomobil yolunu, Sava çayı üzərində 1,3 km-lik körpünün və Sabaç- Loznitsa arasındakı 55 km uzunluğunda olan avtomobil youlunun inşasını nəzərdə tutur.

Qeyd edək ki, Serbiya hökuməti noyabr ayında "Azvirt" şirkəti ilə Ruma-Loznitsa avtomobil yolunun tikintisi ilə bağlı müqavilə imzalayıb.

Müqaviləyə görə, Ruma-Sabaç avtomobil yolu üç ildən sonra, Sabaç-Loznitsa avtomobil yolu isə 2023-cü ilin sonunda başa çatacaq.

Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında Azərbaycan hökuməti layihənin həyata keçirilməsini dəstəkləmək üçün Serbiyaya 210 milyon avro kredit ayırmışdı.

Son xəbərlər

Orphus sistemi