Bakı. 5 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2%, sərnişindaşıma tarifləri isə 1,5% ucuzlaşıb.
“Report”
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,2% enib, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1% artıb, sərnişindaşıma tarifləri isə dəyişməyib.
İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2% ucuzlaşıb, qazın nəql olunma tarifi isə 0,1% bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.