Azərbaycanın M2 magistral yolunda keçid inşa edilir

Azərbaycanın M2 magistral yolunda keçid inşa edilir M-2 Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.
İnfrastruktur
16 Avqust , 2022 13:02
Azərbaycanın M2 magistral yolunda keçid inşa edilir

M-2 Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

İki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51, 6 metr, eni 3 metr, pilləkənlərin eni 3 metr yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.

Keçiddə özül svaylarının vurulması yekunlaşıb , hazırda dayaqların tikintisi aparılır.

Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Son xəbərlər

Orphus sistemi