Azərbaycanın energetika naziri Qazaxıstanın investisiyalar və inkişaf naziri ilə görüşüb

İnfrastruktur
  • 31 oktyabr, 2018
  • 06:08
Azərbaycanın energetika naziri Qazaxıstanın investisiyalar və inkişaf naziri ilə görüşüb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Astanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanın investisiyalar və inkişaf naziri Jenis Kasımbek ilə ikitərəfli görüş keçirib.

“Report”un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə ticarət, investisiya, ixrac əməliyyatları və s. sahələrdə əməkdaş məsələləri müzakirə edilib.

J.Kasımbek Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2017-ci ilin aprel ayında Azərbaycana səfəri zamanı əldə edilən razılşamaların uğurla həyata keçirildiyini qeyd edib. O bildirib ki, bu ilin yanvar-avqust aylarının nəticələrinə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb və 168 mln. ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövründə bu rəqəm 81,5 mln. dollar olub.

P.Şahbazov isə hökumətlərarası komissiyaların iclaslarını keçirməklə əlaqələrin dərinləşməsinin mümkünlüyünü qeyd edib. O, müxtəlik sahələrdə tərəfdaşlar arasında əlaqələrin yaxşılaşdırılması və hər iki ölkədə biznes dairələrinin görüşlərinin təşkilini mümkün sayıb.

44 filmi