Azərbaycanın “Boeing 747” yük təyyarəsi ilk dəfə İstanbulun yeni hava limanına enib

Azərbaycanın “Boeing 747” yük təyyarəsi ilk dəfə İstanbulun yeni hava limanına enib Azərbaycanın “Silk Way West Airlines” şirkətinin “Boeing 747-8F” yük təyyarəsi Türkiyənin İstanbul şəhərinin bu yaxınlarda açılmış yeni hava limanına enmiş “F” kateqoriyası üzrə ilk iri qabaritli yük təyyarəsi olub.
İnfrastruktur
29 Aprel , 2019 12:32
Azərbaycanın “Boeing 747” yük təyyarəsi ilk dəfə İstanbulun yeni hava limanına enib

Azərbaycanın “Silk Way West Airlines” şirkətinin “Boeing 747-8F” yük təyyarəsi Türkiyənin İstanbul şəhərinin bu yaxınlarda açılmış yeni hava limanına enmiş “F” kateqoriyası üzrə ilk iri qabaritli yük təyyarəsi olub.

"Report" xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilir. 

Bakı-İstanbul-Bakı reysinəTürkiyənin uzun illər yüksək peşəkar səviyyədə aviasiya xidmətləri təklif edən “Çelebi” şirkəti xidmət göstərib. 

2012-ci ildə yarandığı gündən etibarən yük aviaşirkəti bütün dünya üzrə bir çox istiqamətləri əhatə etmək məqsədilə öz marşrut şəbəkəsini daim genişləndirir. “Silk Way West Airlines” 9 “Boeing B747” təyyarəsi ilə Bakıdan Honkonq, Osaka, Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubayvə s. kimi əsas nəqliyyat hablarına uçuşlar yerinə yetirir.

Yeni hava limanı İstanbulun Avropa hissəsindəki Arnavutköy rayonunda, şəhər mərkəzindən 35 kilometr aralıda yerləşir. Hava limanı həmçinin aprelin 7-dən etibarən Atatürk hava limanının bağlanmasından sonra oradan köçürülən bütün sərnişin aviareyslərinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi