Bakı. 9 mart.
Onun sözlərinə görə, ötən il ərzində aparılmış iş nəticəsində Azərbaycandan tranzit yol kimi istifadə nəticəsində Türkiyədən Mərkəzi Asiyaya müxtəlif yük avtomobillərinə tətbiq edilən rejim yüngülləşdirilib, burada çəkilən xərclər 40% azaldılıb.
S.Babayev tranzit yükdaşımaları sahəsində bir sıra istiqamətdə böyük nailiyyətlərin olduğunu qeyd edərək bildirib ki, məsələyə aidiyyəti olan özəl və dövlət qurumları əlaqəli şəkildə fəaliyyət göstərib, habelə süründürməçilik halları, ləngimələr aradan qaldırılıb: "Azərbaycan ərazisindən tranzit olaraq daşınan neft və neft məhsulları üzrə tariflərin maksimal həddi müəyyənləşdirilib. Biz bu istiqamətdə daşınan neft məhsullarının həcminin artmasını gözləyirik".
Daha sonra iqtisadiyyat nazirinin müavini Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, Azərbaycan, Ukrayna, İran, Qazaxıstan, Türkmənistanın bu layihənin inkişafı üçün birgə səyləri barədə məlumat verib.