Azərbaycanda torpaqların icarə müddəti artırılıb

İnfrastruktur
  • 14 fevral, 2017
  • 12:18
Azərbaycanda torpaqların icarə müddəti artırılıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda torpaqların icarə müddəti 5 dəfə uzadılıb.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən 1 ildən 49 ilədək uzadılır.

İndiyədək bu müddət 10 ilə qədər olub.

Qeyd olunub ki, qanuna edilən dəyişiklik meşə fondu torpaqlarından səmərəli istifadəyə imkan yaradacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.