Azərbaycanda torpaq idarəçiliyində gənc alimlərin tədqiqatlarından istifadə olunacaq

İnfrastruktur
  • 07 may, 2018
  • 06:17
Azərbaycanda torpaq idarəçiliyində gənc alimlərin tədqiqatlarından istifadə olunacaq
Report

Bakı. 7 may. REPORT.AZ/ Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə "Bazar iqtisadiyyatı şəraitinə torpaq idarəçiliyi: aniliyyətlər və müasir çağırışlar" mövzusunda elmi-pratiki konfransı keçirilir.

"Report"un verdiyi xəbərə görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanda reallaşdırılan torpaq islahatlarının və bazar iqtisadiyyatı şəraitində ölkədə torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiq edilməsi, ölkənin kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanması barədə müzakirələr aparmaqdır. 

Bundan başqa, torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönünüdə elm adamları ilə birgə fikir mübadiləsinin aparılması, torpaq idarəçiliyində elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinin rasional həll istiqamətlərinin axtarılması da konfransın əsas vəzifələrindəndir.

AMEA-nın prezidenti Akif Əlizadə konfransda çıxış edərək müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyini qeyd edib. 

Konfransda torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tdqiqat işləri aparan gənc alimlərin, doktorantların və magistrlərin ən yaxşı elmi işi üzrə açıq müsabiqə elan ediləcək. Məqsəd torpaq idarəçiliyi və kadastr sahəsində istehsalat və xidmət üzrə keyfiyyətin elmi əsaslarla inkişafına dair istiqamətləri müəyyənləşdirməkdən, əldə edilən elmi nəticələrin praktiki məsələlərdə istifadə edilməsindən, bu sahədə alim və tədqiqatçıların innoativ məlumat bankının yaradılmasına təkan verməkdən ibarətdir.