​Azərbaycanda "Tatra" Servis Mərkəzi açılıb

​Azərbaycanda "Tatra" Servis Mərkəzi açılıb Mərkəz Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşir
İnfrastruktur
7 Mart , 2016 13:07
​Azərbaycanda Tatra Servis Mərkəzi açılıb

Bakı. 7 mart. REPORT.AZ/Azəryolservis” ASC-nin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Tatra" Servis Mərkəzi fəaliyyətə başlayıb. “Report” ASC-yə istinadən məlumat verir ki, bu gün Mərkəzin rəsmi açılış mərasimi keçirilib.

Açılışda “Azəryolservis”in sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər. S.Məmmədov Mərkəzin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Açılış zamanı bildirilib ki, Mərkəzin bütün otaqları lazımi avadanlıqlarla təchiz edilib. İnzibati binada kiçik iclas zalı da yaradılıb. Bundan başqa, binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir infrastruktur yaradılıb.

Daha sonra Mərkəzin təmir sexlərinə və yardımçı sahələrə baxış keçirilib. Sexlər və yardımçı sahələr Çexiya istehsalı olan yükü özüboşaldan “Tatra” markalı maşınların təmiri, eyni zamanda texniki qulluğu üçün bütün lazımi alət və müasir dəzgahlarla təchiz edilib. Mərkəzdə eyni anda 10 ədəd "Tatra" markalı maşınlarının təmiri və texniki qulluğu həyata keçirilə bilir.

Burada təmir zamanı istifadə oluna biləcək orijinal ehtiyyat hissələrinin saxlanıldığı anbar, işçilər üçün paltar dəyişmə və ilkin tibbi yardım otaqları, yeməkxana da mövcuddur.

Burada təxminən 50 nəfər işçi çalışır və əksəriyyəti də yerli qəsəbə sakinləridir.

Qeyd edək ki, "Tatra" Servis Mərkəzi Çexiyanın "SaZ s.r.o." şirkəti ilə "Azəryolservis" arasında imzalanan müqavilə əsasında inşa edilib.

Son xəbərlər

Orphus sistemi