Azərbaycanda sudan istifadənin subsidiyalaşdırılması təklif edilir

Azərbaycanda sudan istifadənin subsidiyalaşdırılması təklif edilir "Su obyektlərinin avtomat idarə edilməsi, uçotunun düzgün qurulması önəmli məsələlərdən biridir".
İnfrastruktur
12 Oktyabr , 2021 13:22
Azərbaycanda sudan istifadənin subsidiyalaşdırılması təklif edilir

"Su obyektlərinin avtomatik idarə edilməsi, uçotunun düzgün qurulması önəmli məsələlərdən biridir".

"Report" xəbər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

Onun sözlərinə görə, gələcəkdə sudan istifadənin subsidiyalaşdırılması təklif edilir: "Biz bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr aparmışıq. Bu, gələcəkdə hər bir fermerin sudan qənaətlə istifadəsinə səbəb olacaq. Yəni, hazırda səhmdar cəmiyyətinə vəsait ayrılır, onunla təmir-tikinti işləri həyata keçirilir. Gələcəkdə bu vəsait hər bir fermerin özünə verilsə, onlar bu sudan daha qənaətlə istifadə edəcəklər. Hər bir su istifadəçi buna çalışacaq. Hazırda bunu həyata keçirmək mümkün deyil, su satıcısı ilə su alıcısı arasında hər bir problem aradan qaldırılmalıdır".

Son xəbərlər

Orphus sistemi