Azərbaycanda sərnişin avtobuslarına rəng tələbi qoyulub
İnfrastruktur
- 28 mart, 2024
- 12:58
Azərbaycanda müntəzəm sərnişindaşımalarla məşğul olan avtobuslara rəng tələbi qoyulub.
"Report" xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.
Qərara əsasən, Azərbaycanda müntəzəm şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası və şəhərdaxili sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Bu tələb iyulun 1-dən qüvvəyə minir.
Son xəbərlər
12:09
MSK-nın nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək
Xarici siyasət12:09
Siyəzəndə 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Hadisə12:07
Bakıda kompensasiyaların verilməsində differensial yanaşmanın tətbiqi təklif olunub
İnfrastruktur12:06
Yevlaxda iki yaşlı uşaq su kanalına düşərək ölüb
Hadisə12:03
Tərtərdə qadın doğuş zamanı ölüb
Hadisə12:02
Foto
"Baku Steel Company" 2025-ci ildə ABŞ və Avropaya ixracını artırıb
Biznes12:02
Fərrux Mahmudov: "Bolqarıstana məğlubiyyət gələcək qələbələrin başlanğıcıdır"
Komanda12:00
Azərbaycan xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusu alıb
Sağlamlıq11:58