Azərbaycanda nəqliyyat sektoruna investisiyalar davam etdiriləcək

Azərbaycanda nəqliyyat sektoruna investisiyalar davam etdiriləcək Bakı. 13 mart. REPORT.AZ/ “Son illər Azərbaycanda nəqliyyat və logistika sektoruna qoyulan investisiyalar ölkə iqtisadiyyatına qoyulan investisiyaların 20%-ni təşkil edir”. 
İnfrastruktur
13 Mart , 2018 15:53
Azərbaycanda nəqliyyat sektoruna investisiyalar davam etdiriləcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov / Report/ Elchin Murad

Bakı. 13 mart. REPORT.AZ/ “Son illər Azərbaycanda nəqliyyat və logistika sektoruna qoyulan investisiyalar ölkə iqtisadiyyatına qoyulan investisiyaların 20%-ni təşkil edir”. 

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov deyib.

T.Məmmədov qeyd edib ki, bu investisiyaların davam etdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB) kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edilir. 

“İpək Yolu bizim üçün təkcə nəqliyyat-loqistika baxımından deyil, həm də mədəni əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Düşünürəm ki, bu əlaqələr bundan sonra da davam etdiriləcək", - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi