Azərbaycanda mənzil kirayəsində bahalaşma zəifləyib

Azərbaycanda mənzil kirayəsində bahalaşma zəifləyib Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda mənzillərin kirayə haqqındakı aylıq bahalaşma zəifləyib. Belə ki, oktyabr ayı ərzində mənzillərin kirayəsi 0,3% bahalaşıb. Sentyabr ayında isə bu göstərici 1,5% təşkil edib.
İnfrastruktur
27 Noyabr , 2017 12:21
Azərbaycanda mənzil kirayəsində bahalaşma zəifləyib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda mənzillərin kirayə haqqındakı aylıq bahalaşma zəifləyib. Belə ki, oktyabr ayı ərzində mənzillərin kirayəsi 0,3% bahalaşıb. Sentyabr ayında isə bu göstərici 1,5% təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, oktyabrda mənzillərin orta aylıq kirayə haqqı 96,15 manat təşkil edib.

Qeyd edək ki, mənzillərin kirayəsində ən yüksək aylıq qiymət artımı yanvar ayında - 3,5% müşahidə olunub. Daha sonra, fevralda aylıq bahalaşma 0,1%-ə enib, martda 1,2%-ə yüksəlib, apreldə qiymət sabit qalıb, may ayından yenidən bahalaşamağa davam edərək 1,2% artıb, iyunda dəyişməyib, iyulda 0,6%, avqustda 1,1% və sentyabrda 1,5% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi