Azərbaycanda ilk Ro-Pax tipli gəmi-bərəsi necə hazırlanıb? - REPORTAJ

Azərbaycanda ilk Ro-Pax tipli gəmi-bərəsi necə hazırlanıb? - REPORTAJ ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Azərbaycan” adlı gəmi-bərəsi istismara verilib
İnfrastruktur
2 Mart , 2021 14:20
Azərbaycanda ilk Ro-Pax tipli gəmi-bərəsi necə hazırlanıb? - REPORTAJ

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Azərbaycan” adlı ilk Ro-Pax tipli gəmi-bərənin istismara verilməsi və eyni təyinatlı “Akademik Zərifə Əliyeva” adlı növbəti gəminin suya salınması mərasimində iştirak edib.

“Report” xəbər verir ki, Ro-Pax tipli gəmilər minimal oturum ilə maksimal yükgötürmə imkanına malikdir.

Unikal layihə hesab olunan və bu layihə ilə ilk dəfə Xəzərdə istismara verilən yeni Ro-Pax tipli gəmi-bərələrin konsepsiyası və mühəndis-layihə işləri ASCO mühəndislərinin yaxından iştirakı ilə Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanıb.

Bu gəmilərin uzunluğu 154,5, eni 17,7, bortunun hündürlüyü 7,5 metrdir. 30 nəfərlik heyətlə idarə edilən gəmilər saatda 14 uzel sürətlə hərəkət etmək imkanına malikdirlər. Yeni Ro-Pax tipli gəmilər yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 nəfər sərnişin, 56 ədəd sistern tipli vaqon və ya 50 ədəd yük avtomobili/TİR daşımaq imkanına malikdir. Eyni zamanda, gəmilər yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama sistemi və iki ədəd dartıcı lokomotivlə təchiz olunublar.

Ro-Pax tipli gəmi-bərələr hazırda ASCO-nun donanmasında olan digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcək, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edəcəklər.

Son xəbərlər

Orphus sistemi