Azərbaycanda həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi üçün işçi qrupu yaradılacaq
İnfrastruktur
- 15 mart, 2019
- 12:23
“Prezident İlham Əliyev həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında müvafiq qurumlara tapşırıq verib”.
“Report” xəbər verir ki, bunu Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq işlər görülür və nəticəsi barədə ətraflı məlumat veriləcək. Eyni zamanda yaxın günlərdə bununla bağlı işçi qrupu yaradılacaq: “Mühafizə zonasına düşən, dövlət şirkətinə məxsus torpaq sahəsində tikilmiş, təyinat üzrə olmayan, yəni kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrində tikilən həyət evləri var. Ona görə də bütün bunlarla bağlı araşdırma aparılacaq. Vətəndaşların bütün problemləri aradan qaldırılacaq”.
Son xəbərlər
04:47
Meksika Hərbi Dəniz Qüvvələrinin təyyarəsi ABŞ-də qəzaya uğrayıb
Digər ölkələr04:33
Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Maliyyə03:53
Tramp: ABŞ ələ keçirdiyi Venesuela tankerlərinin neftini özündə saxlayacaq
Digər ölkələr03:24
ABŞ lideri Hərbi Dəniz Qüvvələri üçün iki ən böyük gəminin inşası planını açıqlayıb
Digər ölkələr02:56
Hələbdə hökumət qüvvələri mülki şəxsləri təxliyə etməyə çalışır
Digər ölkələr02:42
Niderlandda avtomobil bayram şousunun izləyicilərinə çırpılıb, 9 nəfər xəsarət alıb
Digər ölkələr02:08
Türkiyə sahillərində 62 qanunsuz miqrant saxlanılıb
Region01:49
"Napoli" İtaliya Superkubokunun qalibi olub
Futbol01:36