Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 32 %-dən çox azalıb

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 32 %-dən çox azalıb Bu ilin yanvar-may aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 154 337 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
İnfrastruktur
24 İyun , 2024 11:19
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 32 %-dən çox azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 154 337 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

"Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,45 % azdır.

5 aylıq göstəricinin 23 989-u (15,5 %) ilkin, 130 348-i isə (84,5%) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 31,4 % və 32,6 % azdır.

Yanvar-may aylarında fərdi yaşayış və bağ evi üzərində 24 355, mənzil üzərində 34 094, torpaq sahəsi üzərində 91 749, qeyri-yaşayış binası üzərində 1 357, qeyri-yaşayış sahəsi üzərində 3 345, əmlak kompleksi üzərində 321, çoxmərtəbəli yaşayış binası üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 39 177-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

5 ay ərzində 114 705 texniki pasport tərtib edilib, 29 311 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi