Azərbaycanda bir sıra dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib

Azərbaycanda bir sıra dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib Nazirlər Kabinetinin qərarına görə, üç dövlət idarəsinin xidməti avtomobilləri geri alınıb
İnfrastruktur
21 Oktyabr , 2017 01:05
Azərbaycanda bir sıra dövlət qurumlarının xidməti avtomobillərdən istifadəsinə xitam verilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanın bir sıra dövlət qurumlarında xidməti avtomobillərdən istifadəsinə xitam verilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına edilən dəyişiklikdə deyilir.

Sənəddə Milli Arxiv İdarəsi, "İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarələri nəzərdə tutulur və onların ixtiyarında 7 ədəd xidməti avtomobil var.

Son xəbərlər

Orphus sistemi