Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın “Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsi Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enərkən qarlı zolaqdan kənara çıxıb.
Bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. Təyyarəyə də ziyan dəyməyib.

